Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətində Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub

23 iyun 2021 | 11:00

23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə Yasamal rayon İcra Hakimiyyətində təltifetmə mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov RİH aparatı işçilərini təbrik edərək onlara peşə fəaliyyətində uğurlar arzuladı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanalara xidmət imkanıdır” sözlərini xatırladan Elşad Həsənov dövlət qulluqçularını fəaliyyətlərində bu sözləri daima rəhbər tutmağa səslədi.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı son bir neçə ildə  ölkədə aparılan kadr islahatları, idarəetmə sisteminin təkmilləşdirilməsi barədə məlumat verdi. Elşad Həsənov qeyd etdi ki, dövlət qulluqçusunun əsas məqsədi vətəndaşlara xidmət etməkdir və bununla dövlətlə vətəndaş arasında etimad yaranır.

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Yasamal Rayon İcra Hakimiyyətinin bir qrup əməkdaşı  fəxri fərmanlarla təltif olundu.

Keçidlər