Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal məktəbliləri kubok və medallarla paytaxta qayıtdılar

17 noyabr 2018 | 11:00

Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində məktəblilərin bölgələrə ekskursiyası başa çatdı. Noyabrın 14-də başlamış tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqamətində səfərdə olan Bakı şəhərinin Yasamal rayonundan 40 nəfər şagird noyabrın 17-də paytaxta geri döndülər.

Aksiya iştirakçılarını Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, valideynlər, müəssisə rəhbərləri qarşıladılar.

Yasamal rayonunun IX-XI sinif şagirdləri və onların müəllimləri Gəncə,Şəmkir,Göygöl rayonlarının tarixi, mədəniyyəti, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri barədə zəngin məlumatlar əldə edib, biliklərini artırıb, bölgələrimizin inkişafını öz gözləri ilə görüblər. İstirahətlərini mənalı keçirən gənclər bu səfər zamanı unudulmaz anlar yaşayıblar. Onların hər biri geriyə xoş təəssüratlarla qayıdıb.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafına yetirdiyi diqqət və qayğıdan danışdı, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğuladı. Yasamal rayon məktəbliləri Gəncə şəhərində keçirilən intellektual bilik yarışmasında Respublikamızın 9 rayonundan olan məktəblilər öz bilik və bacarığını nümayiş etdiriblər .Gərgin yarışma nəticəsində Yasamal rayonunun məktəbliləri daha yaxşı intellekt nümayiş etdirərək bütün mərhələlərdə qalib gələrək 1-ci yerin sahibi olub, kubok, medallarla və sertifikatlarla paytaxtımıza qayıdıblar.

Səfərdən razılığını bildirən Yasamal rayon məktəbliləri təəssüratlarını bölüşərək ekskursiyalar zamanı Gəncə bölgəsinin özünəməxsus adət-ənənələri,Şəmkir rayonunun xalq tətbiqi sənəti nümunələri, milli mətbəxi, Göygölün əsrarəngiz təbiəti ilə yaxından tanış olduqlarını, yeni dostlar əldə etdiklərini, dünyagörüşünün artdığını söylədilər. Bildirdilər ki, hamısı zəngin təəssüratlarla qayıdıblar.

Bütün ölkə gəncləri kimi Yasamal rayonunun məktəbliləri, eləcə də valideynləri böyük əhəmiyyəti olan bu tur-aksiyaya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Keçidlər