Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal könüllülərinə sertifikatlar təqdim edidi

30 dekabr 2021 | 11:00

Yasamal rayon İcra Hakimiyyətində rayonun könüllülük fəaliyyətini başa vuran könüllülərə sertifikatlar təqdim edildi.Tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə ötən il ölkədə “Könüllülər ili” elan olnmuşdur. Buna uyğun olaraq Yasamal rayon İcra Hakimiyyətində artıq iki ildir ki, xüsusi tədbirlər planı tərtib edilərək  icra edilir.

Dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsi xüsusi önəm daşıyır.

Müraciət edən gənclər müsahibədən keçərək rayon İcra Hakiiyyətində təcrübə keçmək şansı əldə edirlər.

Könüllülük fəaliyyətinə gənclər iki ay müddətinə qoşulur, müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir. Könüllü kimi iki ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar verilir, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır

Tədbirin sonunda xatirə fotoları çəkildi.

Keçidlər