Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Prezident İlham Əliyevin uğur və nailiyyətlərinə həsr edilmiş tədbir keçirilib

24 dekabr 2021 | 11:00

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev:davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, Azərbaycan Prezidenti 18 illik hakimiyyəti dövründə tarixi işlərə imza atıb və bu gün onun rəhbərliyi ilə ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub.

Daha sonra tədbirdə çıxış edən Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, deputatlar Elnur Allahverdiyev, Anar İsgəndərov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Prezident İlham Əliyevin son 18 ildəki hakimiyyəti dövründə Azərbaycanın bir dövlət kimi möhkəmləndiyini, ərazisini bərpa etdiyini, iqtisadiyyatını yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd etdilər. Natiqlər cənab Prezident İlham Əliyevin Azərbaycanı bütün çətinlik və təhlükələrdən qoruyaraq, inkişaf və zəfərə daşıdığını bildirdilər.

Tədbirdə yekun nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov cənab Prezidentin hakimiyyəti illərini Azərbaycan üçün zəfər, uğur və tərəqqi dövrü kimi səciyyələndirdi. Elşad Həsənov Azərbaycan Prezidentinin verdiyi hər söz və vədi yerinə yetirdiyini vurğuladı. Belə ki, son illər ölkədə yüz minlərlə iş yeri yaradıldı,iqtisadiyyat yeni inkişaf mərhələsinə qədəm qoydu və Azərbaycanın beynəlxalq nüfuzu artdı. Bütün bunlar Ermənistanın təcavüzünə son qoyulması üçün münbit zəmin yaratdı. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz erməni işğalçılarını torpaqlarımızdan qovdu. Bununla da cənab Prezident daha bir vədini yerinə yetirmiş oldu.

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətindən bəhs edən filmin nümayişi ilə müşaiyət edildi.

Keçidlər