Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidinin il mərasimi keçirilib

03 dekabr 2021 | 11:00

2020-ci ilin Vətən Müharibəsinin şəhidi Mahmud Cavadov şəhadətinin ildönümündə Yasamal və Cəbrayıl rayonu ictimaiyyətləri tərəfindən məzarı önündə yad edilib. Baş tutan mərasimdə dövlət himni səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidin keçdiyi şərəfli döyüş yolundan danışılıb.

Mahmud Cavadov 2020-ci il Vətən müharibəsində iştirak etmiş və sücaətinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda” medalı  və  ”Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov anım mərasimində şəhidin yaxınlarına başsağlığı verərək onların gündəlik qayğı və probelemləri ilə maraqlanıb. Yasamal rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, bütün şəhidlərə hərtərəfli dəstək göstərilib və bundan sonra da göstəriləcək. Elşad Həsənov bu sahədə ölkə rəhbərliyinin müvafiq tapşırıq və göstərişlərinin ardıcıl şəkildə icra olunduğunu qeyd etdi.

Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələri ilə bölüşdülər, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.Anım mərasimində Yasamal və Cəbrayıl rayon İcra Hakimiyyətlərinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, YAP rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin nümayəndələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Keçidlər