Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü qeyd edilib

18 noyabr 2021 | 11:00

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-cu ildönümü münasibətilə partiyanın Yasamal rayon təşkilatında təntənəli toplantı keçirilib.Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qonaqları salamlayaraq partiyanın müasir Azərbaycan tarixində oynadığı tarixi roldan danışıb. Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 90-cı illərin birinci yarısında Azərbaycandakı ağır ictimai-siyais vəziyyəti xatırlatdı və o zaman YAP-ın tarixi zərurətdən meydana gəldiyini vurğuladı. Elşad Həsənov o zaman Ulu Öndərin öz üzərinə götürdüyü tarixi xilaskarlıq missiyanı bu gün onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin davam etdiyini qeyd etdi. Yasamal rayon İcra Hakimiyyətnin başçısı müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun Qarabağda tarixi qələbəyə imza atdığını və bununla da Ulu Öndərin missiyasını davam etdirdiyini bildirdi.

Tədbirdə çıxş edən professor Şahlar Əsgərov, millət vəkili Anar İsgəndərov, BDU-nun rektoru Elçin Babayev və digər natiqlər xatirələri ilə bölüşdülər və Yeni Azərbaycan Partiyasının müasir dövrdə oynadığı ictimai-siyasi roldan bəhs etdilər.Daha sonra Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxsə fəxri fərmanlar təqdim olundu.

Tədbir bədii hissə ilə başa çatdı.

Keçidlər