Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi il mərasimində yad edilib

16 noyabr 2021 | 11:00

44 günlük Vətən Müharibəsinin şəhidi, mayor Fərid Ələkbərov şəhadətinin ildönümündə Yasamal rayonu ictimaiyyəti tərəfindən anılıb. Şəhid hərbi qulluqçunun II Fəxri Xiyabandakı məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Mərasimdə dövlət himni səsləndirilib, daha sonra şəhidin keçdiyi cəsur döyüş yolundan danışılıb.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov anım mərasimində şəhidin yaxınlarına başsağlığı verdi və gündəlik qayğıları barədə onlarla söhbət etdi.

Qeyd edilməlidir ki, Fərid Ələkbərov  Türkiyədə hərbi təhsil almış, daha sonra Gəncə şəhər N saylı hərbi hissədə xidmət etmişdir.2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 9-da şəhidlik zirvəsinə ucalmışdır. Fərid Ələkbərov   müharibədə göstərdiyi sücaətə görə “Vətən uğrunda”, “Şuşanın azad olunması uğrunda”,“İgidliyə görə” medalları ilə təltif edilmişdir. Mərasimdə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağda işğalçı erməni ordusunu məğlub etdiyi və ərazi bütövlüyümüzü bərpa etdyi bildirildi.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində bu gün şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqları da vurğulandı.

Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələri ilə bölüşdülər, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.Anım mərasimində Milli Məclisin deputatları, YAP rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin döyüş yoldaşları və ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Keçidlər