Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi yad edilib

13 noyabr 2021 | 11:00

Bu gün Vətən müharibəsinin şəhidi, baş leytenant Rövşən Nurzadənin il mərasimi keçirilib. II Fəxri Xiyabandakı təntənəli mərasimdə Yasamal və Xətai rayon İcra Hakimiyyətlərinin rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İl mərasimi zamanı şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi yad edilib. Çıxış edənlər şəhidin Vətən müharibəsindəki şücaətindən, onun şərəfli döyüş yolundan söz açıblar.

Şəhidin ailə üzvlərinə başsağlığı verən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid Rövşən Nurzadənin vətənpərvər və cəsur şəxs kimi dəyərləndirib. Hərbi akademiyanın məzunu olan Rövşən Nurzadə 2020-ci il Vətən müharibəsində iştirak etmiş və 2020-ci ilin noyabr ayının 8-i Şuşa uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Şəhidin iki övladı var. Rövşən Nurzadə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı,”İgidliyə görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hər bir şəhid ailəsinə diqqət və qayğı göstərildiyini qeyd etdi. Öz növbəsində şəhidin yaxınları bu qayğıya görə minnətdarlığını bildirdilər.

İl mərasimində millət vəkilləri, YAP rayon təşkilatlarının və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Keçidlər