Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid hərbi qulluqçu il mərasimində yad edilib

07 noyabr 2021 | 11:00

Bu gün Vətən müharibəsinin şəhidi, mayor Asiman Əliyev şəhadətinin ilində yaxınları və Yasamal rayon ictimaiyyəti tərəfindən yad edilib. II Fəxri Xiyabanda il mərasimində şəhidin ailə üzvlərinə başsağlığı verən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid Asiman Əliyevin cəsur və peşəkar hərbçi olduğunu qeyd edib. Asiman Əliyev orta təhsilini  Heydər Əliyev adına hərbi liseydə, daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində  "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə ali hərbi təhsil almışdır.2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 7-də şəhidlik zirvəsinə ucalmışdır. Asiman Əliyev “Vətən uğrunda” və “Xocavəndin azad edilməsi uğrunda” medalları ilə təltif edilmişdi.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov cənab Prezident İlham Əliyevinin rəhbərliyi ilə apaırılan siyasət çərçivəsində şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunduqlarını vurğuladı.

Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirdilər.

İl mərasimində millət vəkilləri, YAP rayon təşkilatının və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Keçidlər