Şriftin ölçüsü :

Saytın rəngi :

İctimaiyyət nümayndələri şəhidləri yad ediblər

26 oktyabr 2021 | 11:00

44 günlük Vətən Müharibəsinin şəhidləri Şahin Ağayev, Mirsafa Rzayev və Xeyrulla İbrahimov paytaxtın Yasamal və Xətai rayonlarının ictimaiyyəti tərəfindən anılıblar. Şəhid hərbi qulluqçuların II Fəxri Xiyabandakı məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

Anım mərasimində qeyd edilib ki, Şahin Ağayev  müharibədə göstərdiyi rəşadətə görə “Vətən uğrunda”, “Füzulinin azad olunması uğrunda”,“Cəbrayılın azad olunması uğrunda” və “Cəsur döyüşçü”  medalları, Mirsafa Rzayev isə “Zəngilanın azad olunması uğrunda”, “Füzulinin azad olunması uğrunda”,“Cəbrayılın azad olunması uğrunda” və “Vətən uğrunda” medalları ilə təltif edilmişlər. Mərasimdə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağda işğalçı erməni ordusunu ağır məğlubiyyətə uğratdığı bildirildi.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində bu gün şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqları vurğulandı.

Mərasimdə çıxış edən şəhid ailələrinin üzvləri öz xatirələri ilə bölüşdülər, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.Anım mərasimində Yasamal və Xətai rayon İcra Hakimiyyətlərinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, YAP rayon təşkilatlarının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin döyüş yoldaşları və ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Keçidlər