Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidləri yad edilib

25 oktyabr 2021 | 11:00

Azərbaycanın ərazi bütövlüyü uğrunda Vətən Müharibəsində şəhid olmuş  Teymur Həsənov, Xəyal Balakişiyev, Anar Əliyev, Elsevər Paşayev və Vüsal Babayev məzarları başında ictimaiyyət nümayəndələri tərəfindən anılıblar. Şəhid hərbi qulluqçuların il mərasimində Yasamal, Nəsimi, Pirallahı rayon İcra Hakimiyyətlərinin rəhbər heyəti, millət vəkilləri, YAP rayon təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.Mərasim zamanı Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra şəhidlərimizin ruhuna dualar oxunub, cəbhədəki sücaətlərindən danışılıb və məzarları önünə tər güllər qoyulub.

Anım mərasimində bildirilib ki, Teymur Həsənov cəsur hərbi qulluqçu olub və müharibədə göstərdiyi rəşadətə görə, “Vətən uğrunda”, “Füzulinin azad olunması uğrunda” və “Cəbrayılın azad olunması uğrunda” medalları ilə təltif edilib. Xəyal Balakişiyev isə “Vətən uğrunda”, “Füzulinin azad olunması uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Mərasimdə bildirildi ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgər və zabitləri Qarabağda işğalçı erməni ordusunu darmadağın etdilər. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqları vurğulandı. Mərasimdə çıxış edən şəhid yaxınları öz xatirələri ilə bölüşdülər, hərtərəfli dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.

Keçidlər