Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidinin xatirəsi anılıb

23 oktyabr 2021 | 11:00

Bu gün Vətən Müharibəsinin şəhidi Elvin Salahovun əziz xatirəsi anılıb. Şəhadətinin bir illiyində Badamdar qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, güllər qoyulub.Şəhid hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Milli Məclisin deputatları, YAP rayon təşkilatının və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Mərasimdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Elvin Salahov  müharibədə göstərdiyi sücaətə görə “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Xocavəndin azad olunması uğrunda” və “Kəlbəcərin azad olunması uğrunda” medalları ilə təltif edilib.Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti bizə bu böyük, tarixi qələbəni gətirdi.Elşad Həsənov bu gün şəhid ailələri və qazilərin qayğı və ehtiyaclarına xüsusi diqqət göstərildiyini qeyd etdi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə verdikləri tapşırıq və tövsiyyələrin ardıcıl şəkildə icra olunduğunu qeyd etdi.

Öz növbəsində Səbail rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhid ailələsi üzvlərinə başsağlığı verdi, ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində verilən yüksək qiymətdən danışdı. Mərasimdə şəhidin yaxınları Elvin Salahovun xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdilər.

Keçidlər