Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun ictimaiyyəti Vətən müharibəsi şəhidini yad edib

16 oktyabr 2021 | 11:00

44 günlük Vətən Müharibəsinin şəhidi Nurlan Mustafayev Ağa oğlu il mərasimində Yasamal rayonunun ictimaiyyəti tərəfindən anılıb. Şəhid hərbi qulluqçunun Yasamal rayonunda yerləşən II Fəxri Xiyabandakı məzarı ziyarət edilib. Burada şəhidin ruhuna dualar oxunub, keçdiyi döyüş yolu barədə danışılıb, məzarı önünə güllər qoyulub.

Anım mərasimdə iştirak edən Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Nurlan Mustafayev  müharibədə göstərdiyi şücaətə görə, “Vətən uğrunda”,"Xocavəndin azad olunması uğrunda","Cəbrayılın azad olunması uğrunda" və "Cəsur döyüşçü”  medalları ilə təltif edilib. Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqlarını vurğuladı.

Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələri ilə bölüşdülər, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.Anım mərasimində millət vəkilləri, YAP Yasamal rayon təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yasamal Bələdiyyəsinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Keçidlər