Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi yad edilib

17 sentyabr 2021 | 11:00

Bu gün 44 günlük Vətən Müharibəsinin şəhidi Elvin Salahovun xatirəsi yad edilib. Doğum günündə Badamdar qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Elvin Salahov  müharibədəki rəşadətinə görə “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağda erməni işğalçılarına tarixi bir dərs verdiyini vurğuladı. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti bizə bu böyük, tarixi qələbəni gətirdi.44 günlük müharibədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq daima tarixdə və yaddaşlarda qalacaq.

Öz növbəsində Səbail rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açdı. Mərasimdə şəhidin yaxınları onun doğum günündə xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdilər. Daha sonra  Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və ictimaiyyət nümayəndələri qəbirstanlığdakı digər şəhid məzarlarını da ziyarət etdilər.

Keçidlər