Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi şəhidinin anım mərasiminə qatılıb

02 sentyabr 2021 | 11:00

Bu gün Yasamal rayonunda Vətən Müharibəsinin şəhidi Elşən Müslümovun xatirəsi anılıb. Doğum günündə II Fəxri Xiyabanda şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, keçdiyi döyüş yolundan danışılıb.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri Elnur Allahverdiyev və Ülvi Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və Yasamal rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, bu gün ölkə rəhbərliyi tərəfindən aparılan siyasət şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına,  qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və milli yaddaşımızda yaşayacaqlar.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində şəhid ailələri dövlət qayğısı ilə əhatə olunublar. Bildirildi ki, çavuş Elşən Müslümov müharibədəki rəşadətinə görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Qarabağda erməni işğalına son qoydu. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti bizə bu böyük qələbəni gətirdi.44 günlük müharibədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq indi dünyanın hərbi məktəblərində öyrənilir.Bildirildi ki,Yasamal rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb və qazi və şəhid ailələrinə dəstək olmaq üçün ardıcıl səylər göstərilir.

Mərasimdə şəhidin yaxınları onun doğum günündə xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdilər.

 

Keçidlər