Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin qaziləri Yasamal rayon İcra Hakimiyyətində vəzifəyə təyin edilib

01 iyul 2021 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun müvafiq əmri ilə Vətən müharibəsinin qaziləri işə qəbul edilib.Qazilər Yasamal rayon İcra Hakimiyyəti aparatı strukturunda yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə” təyinat alıblar. Şöbə müdiri vəzifəsinə Vətən müharibəsi iştirakçısı Samir İsmiyev təyin edilib. Samir İsmiyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Murov dağ silsiləsində Ömər yüksəkliyinin düşməndən azad edilmsində iştirak edib. Hərbi rütbəsi polkovnik-leytenantdır.

Digər Vətən müharibəsi iştirakçısı Tural Əsgərov isə şöbəyə böyük məsləhətçi təyin edilib. Tural Əsgərov 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatlımış  və Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının erməni işğalçılarından azad edilməsində iştirak etmişdir.

Keçidlər