Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətində Milli Qurtuluş Günü ilə əlaqədar konfrans keçirilib

14 iyun 2021 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “15 iyun –xalqın və dövlətin qurtuluş günü” mövzusunda videokonfrans keçirilib.Tədbirdə nitqlə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, 1993-cü ildə Azərbaycan çox ağır bir durumla üzləşmişdi: bir tərəfdən erməni işğalçıları, digər tərəfdən isə daxili düşmənlər və iqtisadi böhran Azərbaycan dövlətinin mövcudluğunu sual altına qoymuşdu. AXC-Müsavat hakimiyyəti ölkəni iflas həddinə çatdırmışdı.Belə şəraitdə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev tarixi xilaskarlıq missiyasını öz üzərinə götürdü.

Xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan qurtardı. 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycan xalqı taleyini Heydər Əliyevə etibar etdi.Müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib şərt bu müstəqilliyi qoruyub  saxlamagdır. Bunu Ümummilli Lider öz iradəsi sayəsində reallığa çevirdi. Düşmən qüvvələrin maneələrinə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Elşad Həsənov qeyd etdi ki, bu gün Heydər Əliyev ideyaları yaşayır. Onun siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev bütün sahələrdə qətiyyətlə davam etdirir.Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə ötən il işğalçı erməni ordusu üzərində Qarabağda tarixi qələbə bu siyasətin parlaq nümunəsidir.Cənab Prezident  Ata vəsiyyətini yerinə yetirdi.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, bu gün ölkəmizdə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu fəaliyyət göstərir. Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən görülən işlər misilsizdir.

Elşad Həsənov çıxışında bildirdi ki, Heydər Əliyev irsi bizim üçün tükənməz dövlətçilik məktəbidir. 1993-cü ildə onun Azərbaycan dövləti və xalqı üçün etdiyini heç zaman unutmayacağıq!

Videokonfransda çıxış edən millət vəkili Elnur Allahverdiyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Xalq Rəssamı Arif Əziz, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Olimpiya çempionu Zemfira Meftahətdinova Ulu Öndərin müxtəlif sahələrdə Azərbaycan dövlətinə verdiyi töhfələrdən söz açdılar.Çıxış edənlər Heydər Əliyevin böyük siyasi təcrübəsi ilə Azərbaycanda tarixi işlər gördüyünü xatırlatdılar. Videokonfransda çıxış edən natiqlər Ulu Öndərin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını bildirdilər.

Keçidlər