Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal sakinlərinə bayram sovqatları paylanıldı

13 may 2021 | 11:00

Ramazan bayramı ilə əlaqədar  Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü və Milli Məclisin Yasamal rayonundan olan deputatı Ülvi Quliyevin dəstəyi ilə aztəminatlı ailələrə ərzaq  sovqatları paylanılıb.Yasamal rayonu sakini olan və yardıma ehtiyacı olan şəhid, qazi, əlil, tənha və kimsəsiz şəxslərin ünvanlarına xüsusi sovqatlar çatdırılıb.

Aksiya iştirakçıları müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını aztəminatlı ailələrə təqdim edib və onları Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov adından Ramazan bayramı münasibəti ilə təbrik ediblər. Həyata keçirilən bu sosial layihə vətəndaşların sosial qayğı ilə əhatələnməsi, bayram günlərdə xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi bəxş etmək baxımından önəmlidir. Yasamal sakinləri dövlətin göstərdiyi bu diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirdilər.

Keçidlər