Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal qəbirstanlığında abadlıq işləri aparılıb

17 iyul 2020 | 11:00

Yasamal rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində paytaxtın ən böyük qəbiristanlıqlarından biri olan Yasamal qəbiristanlığında təmizlik işləri aparılıb. Abadlıq işlərinə Yasamal Bələdiyyəsi və Mənzil Kommunal Təsərrüfatı Birliyinin onlarla əməkdaşı, nəqliyyat vasitələri və texnika cəlb edilib. Aparılan işlər nəticəsində ərazi zibillikdən təmizlənib, qurumuş kollar kəsilərək yığışdırılıb, yollar isə səhmana salınıb.

Yasamal rayonunun digər ərazilərində də abadlıq işlərinin aparılması planlaşdırılır.

Keçidlər