Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Bələdiyyəsi monitorinq keçirib

16 iyul 2020 | 11:00

Ölkədəki karantin rejimi ilə əlaqədar paytaxtın Yasamal rayonunda ardıcıl monitorinq və reydlər davam edir. Karantin rejiminin icrasına yönəlmiş monitorinqlərdə Yasamal Bələdiyyəsi də fəal iştirak edir. Bələdiyyə sədri Tahir Məmmədovun rəhbərlik etdiyi monitorinq qrupu Yasamal rayonundakı ictimai iaşə və ticarət obyektlərinə baş çəkib və karantin qaydalarını təftiş edib. Sakinlər və ictimai iaşə obyektlərinin sahibləri ilə söhbətində bələdiyyə sədri vətəndaşları gigiyenik vasitələrdən mütəmadi istifadə etməyə və fiziki məsafə qaydasına riayət etməyə çağırıb. Reyd zamanı Yasamal sakinləri ilə maarfləndirici söhbətlər aprılıb, onlara tibbi qoruyucu vasitələr paylanılıb və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarətin zəruriliyi qeyd edilib. Bildirilib ki, sosial məsafə və tibbi qoruyucu vasitələrdən istifadə qaydalarına hər kəs əməl etməlidir.

Yasamal rayonunda karantin rejiminin icrasına nəzarət ilə əlaqədar reydlər davam edir.

Keçidlər