Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Liderin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş videokonfrans keçirilib

09 iyul 2020 | 11:00

14 iyul – Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 51-ci  ildönümünə həsr edilmiş videokonfrans keçirilib. Yasamal rayon İcra Hakimyyəti və Bakı Dövlət Universitetinin birgə təşkil etdiyi tədbirdə rəsmi şəxslər, millət vəkilləri, elm və ictimai xadimlər çıxış ediblər.

Konfransı giriş sözü ilə açan Universitetin rektoru Elçin Babayev Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, milli dövlətçiliyimizin qorunması və gücləndirilməsi istiqamətində tarixi xidmətlərindən söhbət açdı.
Videokonfransda çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov xatırlatdı ki, 1969-cu ilə kimi Azərbaycan o zaman SSRİ respublikaları arasında sosial-iqtisadi inkişaf temlərinə görə geridə qalırdı. Lakin Heydər Əliyev hakimiyyətə gələndən sonra bu vəziyyət kökündən dəyişməyə başladı. Azərbaycanda sənayə sürətlə inkişaf etdi, zavod və fabrikalar istifadəyə verildi, kənd təsarrüfatı yeni səviyyəyə çıxdı.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Azərbaycanın 1969-1982-ci illərdə əldə etdiyi nailiyyətlər misilsiz idi: insanların yaşayış şəraiti xeyli yüksəldi. Azərbaycanda həmdə tikinti vüsət aldı: Heydər Əliyevin rəhbərliyi dövründə nəhəng layihələr, yenidənqurma işləri həyata keçirilirdi.

Elşad Həsənovun sözlərinə görə, 1991-ci ildə SSRİ dağılandan sonra isə Azərbaycan müstəqillik qazansa da, erməni təcavüzü, böhran və o zaman iqtidarda olan diletant insanların bərbad idarəçiliyi müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Bu təhlükəni görən Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycanı böyük bəladan qurtardı.

Ulu Öndərin hakimiyyətə ikinci dəfə gəlişindən sonra Azərbaycan yenidən inkişaf mərhələsinə qədəm qoydu.Azərbaycanda konstitusiya qəbul olundu, vahid ordu yaradıldı, çoxpartiyalı sistem quruldu. Bu gün Ulu Öndərin siyasətini, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin adına layiq böyük işlər görür.

Elşad Həsənov bildirdi ki, bu gün Azərbaycan xalqı Ulu Öndəri yad edir və  hər kəs onun xidmətləri qarşısında baş əyir!

Tədbirdə həmçinin Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin komitə sədri Musa Quliyev, deputatlar Musa Qasımlı və Ramin Məmmədov çıxış etdilər və Ulu Öndərin müasir Azərbaycan tarixində yeri və rolu barədə öz mülahizələri ilə bölüşdülər.

Videokonfrans formatında keçirilən tədbiri 150-dən çox iştirakçı dinləyib.

Keçidlər