Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov növbəti baxış keçirib

08 iyul 2020 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ölkədə davam edən karantin rejimi ilə əlaqədar reydləri davam etdirir. Növbəti reyd Yasamal rayonundakı Əsəd Əhmədov küçəsi boyunca yerləşən yaşayış massivlərində baş tutub. Burada Yasamal rayon İcra Hakimiyyətinin başçısı yerli sakinlərlə, dükan və ictimai iaşə obyektlərinin işçiləri ilə söhbət edib. Elşad Həsənov qeyd edib ki, koronavirus pandemiyasının  qarşısını alamq üçün hər bir vətəndaş qapalı izdihamlı məkanlardan çəkinməli, fiziki məsafə qaydasını gözləməli və tibbi qoruyucu vasitələrdən mütəmadi istifadə etməlidir. Bununla əlaqədar İcra Hakimiyyətinin başçısı Operativ Qərargah üzvlərinə tapşırıq və göstərişlərini verdi.

Yasamal rayonunda karantin rejiminin icrasına nəzarət ilə əlaqədar reydlər davam edir.

Keçidlər