Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli mağazalarda baxış keçirib

03 iyul 2020 | 11:00

Koronavirus pandemiyası şəraitində insanların sağlamlığının qorunması sahəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət məqsədi ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon ərazisində fəaliyyət göstərən bir sıra mağaza və dükanlarda baxış keçirib. Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndələri və  Yasamal rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvləri ilə birgə ərazidə görülən profilaktiki tədbirlərlə tanış olan Elşad Həsənov sakinlərin sosial məsafə, qoruyucu vasitələrdən istifadə və digər zəruri tədbirlərin gözlənilməsinə xüsusi diqqət yetirib. Sahibkarlar və alıçılarla söhbət edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov əhalinin toplaşdığı məkanlarda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə hökmən riayət olunmasına dair tapşırıqlar verib.

Koronavirusla mübarizə sahəsində Yasamal rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın  rayon ərazisində profilaktiki və dezinfeksiyaedici tədbirləri davam edir.

Keçidlər