Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda daha bir xeyriyyə aksiyası

08 aprel 2020 | 11:00

Bakının Yasamal rayonu İcra Hakimiyyəti və 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatı Elnur Allahverdiyevin qərargahı müştərək sosial aksiya həyata keçiriblər. Koronavirus pandemiyasının yayılması şəraitində  əhalinin ən həssas təbəqəsi olan tənha, yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatları paylanılıb. Baş tutan sosial aksiya maddi ehtiyacı olan onlarla paytaxt sakinini əhatə edib. Ərzaq paylarını qəbul edən Yasamal sakinləri bu xeyirxah aksiyaya görə, ölkə rəhbərliyinə və Azərbaycan dövlətinə minnətdarlığını bildiriblər.

Yasamal rayon sakinlərinə ərzaq sovqatları paylayan könüllülər həmçinin karonavirusdan qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydalarını vətəndaşlara ətraflı şəkildə izah ediblər.

#evdəqal kampaniyası çərçivəsidə həyata keçirilən bu sosial aksiya karantin şəraitində ehtiyacı olanlara maddi və mənəvi cəhətdən yardım etmək məqsədi daşıyır. #bizbirlikdəgüclüyük

Keçidlər