Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonu İcra Hakimiyyəti və Missiya.az portalından aztəminatlı ailələrə yardım aksiyası

02 aprel 2020 | 11:00

Yasamal rayonu İcra Hakimiyyəti və Missiya.az xəbər portalı müştərək sosial aksiya həyata keçiriblər. Aksiya çərçivəsində koronavirus epidemiyasının yayılması şəraitində əhalinin ən riskli qrupu olan yaşlı insanlara və aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb. Baş tutan sosial aksiya zamanı maddi ehtiyacı olan onlarla Yasamal rayonu sakininə yardım paylanılıb. Ərzaq sovqatını minnətdarlıqla qəbul edən #Yasamal sakinləri xeyirxah aksiyaya görə, öz minnətdarlığını bildiriblər.

 

Sakinlərə ərzaq sovqatı paylanılarkən vətəndaşlarla eyni zamanda maarifləndirici söhəbtlər də aparılmış və ölkədə tətbiq edilən karantin qaydaları təfsilatı ilə izah edilmişdi.

#evdəqal kampaniyası çərçivəsidə həyata keçirilən bu sosial aksiya karantin şəraitində ehtiyacı olanlara maddi və mənəvi cəhətdən dəstək olmaq məramı daşıyır.

Keçidlər