Şriftin ölçüsü :

Saytın rəngi :

Elşad Həsənov Bəsti Bağırova küçəsinin sakinlərilə görüşdü

09 yanvar 2020 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun 2020-ci ildə ilk səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, 1 saylı Bakı Tibb Kollecinin akt zalında Bəsti Bağırova küçəsinin sakinlərilə keçirilib. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov xüsusilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu ildə həyata keçirdiyi islahatlardan vətəndaşlara geniş məlumat verərək, minimum əməkhaqqının 250 manata çatdırılmasını, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqqlarının 40 faiz artırılmasının vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları sakinlərin diqqətinə çatdırıb. İcra başçısı ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və Prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə də sakinləri məlumatlandırıb. İcra Başçısı 2020-ci ildə də vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması məqəsdilə islahatların davam etdiriləcəyini bildirib. Ölkə başçısının siyasi iradəsi nəticəsində struktur islahatlarına start verildiyini deyən icra başçısı, kadrların müasirləşdirilməsi və gəncləşdirilməsi istiqamətində görülən işlərin nəticəsində yeni idarəetmə modelinin yaradıldığını və ölkəmizin gələcəkdə də daha sürətlə inkişaf edəcəyini vurğulayıb.

Elşad Həsənov Cənab Prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində və 2020-ci ildə də "IDEA" İctimai Birliyinin dəstəyi ilə rayon ərazisində abadlıq-quruculuq işlərinin davam etdiriləcəyini yeni məhəllərin salınacağını diqqətə çatdırıb.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə dövlət başçısına və birinci xanıma öz minnətdarlıqlarını bildiriblər.

Görüşdə vətəndaşları narahat edən kompensasiya məsələləri, dam örtükləri və qəzalı binaların təmiri ilə bağlı olub. İcra başçısı sakinləri narahat edən bu kimi mövzularla bağlı onlara ətraflı məlumat verib.

Sonda sakinləri narahat edən kommunal problemlərlə bağlı xidmət və struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.

Keçidlər