Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə tədbir keçirildi.

18 oktyabr 2019 | 11:00

Yasamal rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi gününə həsr edilmiş silsilə tədbirlər davam edir. Həmin tədbirlər çərçivəsində Yasamal rayon İcra Hakimiyyətində Dövlət müstəqilliyi gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu yolda minlərlə şəhid verib. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Müsəlman Şərqinin və Türk dünyasının ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınıb, müstəqil dövlətin təsisatları yaradılıb. Təəssüf ki, cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərib. Sovet işğalındakı 70 illik bir müddətdə Azərbaycan xalqı özünün azadlıq ideallarını, müstəqillik arzularını daim yaşadıb, XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə edib: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub.

Əziz Əzizov vurğuladı ki, görkəmli dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi 1993-cü ildən 2003-cü ilədək olan dövr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, əbədi, dönməz xarakter aldığı dövrdür. Bu dövr, birinci növbədə, onu göstərdi ki, lider, şəxsiyyət olmadan xalq öz siyasi iradəsini gerçəkləşdirə, müstəqilliyə qovuşa bilməz. “Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm”, – deyən Ulu Öndərimiz daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirib, dövlət müstəqilliyimizi daimi və əbədi edib.

Digər çıxış edənlər də Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində Azərbaycanın dünya dövlətləri sırasında öz layiqli yerini tutması nəticəsində müstəqilliyimizin daha da möhkəmlənməsindən söz açdılar.

Keçidlər