Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Hüseyn Cavid prospektinin sakinlərilə görüşdü

11 iyul 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində iyulun 11-də Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü Hüseyn Cavid prospekti 46-nın sakinləri ilə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov xüsusilə Azərbaycan Respublikası Prezidentinin son aylarda imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, minimum əməkhaqqının 250 manata çatdırılmasını, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları sakinlərin diqqətinə çatdırdı. 

İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini xatırladaraq, cari ildə Bakının Yasamal rayonu ərazisində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Fondun təşəbbüsü ilə inşa edilən 11 saylı körpələr evi-uşaq bağçasının bu il tikilib başa çatdırıldığını, sovetski deyilən ərazinin söklüərək yerində şəhərimizin ən böyük parkının birinci mərhələsinin sakinlərin ixtiyarına verildiyini bildirdi.

Ə.Əzizov hazırda  Şəfaət Mehdiyev küçəsində yeni yolun inşası ilə bağlı sakinlərin köçürülməsi işlərinin aparıldığını diqqətə çatdıraraq, yaxın vaxtlarda bu layihənin də uğurla başa çatdırılacağını qeyd etdi.  Bununla yanaşı ərazidə su və kanalizasiya, qaz xətlərinin yeniləndiyini qeyd edən icra başçısı bu işlərin yekununda əhalinin komunal problemlərinin köklü şəkildə həll ediləcəyini vurğuladı.    

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər. Sakinləri maraqlandıran əsas mövzular MTK-ların idarəedilməsi və söküntü ilə bağlı qarşıya çıxan problemlərlə bağlı idi.

İcra başçısı illər əvvəl yaranan bu kimi problemlərin vaxtında və tam şəkildə həlli üçün dövlət tərəfindən vətəndaşlara bütün köməklilklərin göstəriləcəyini bildirdi. O, sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Keçidlər