Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon könüllülərinə sertifikatlar təqdim edildi.

03 iyul 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yasamal rayon Könüllüləri ilə görüş keçirildi. Görüşdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirdi ki, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanmışdır. Ölkə başçısı İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və Könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd olunduğunu nəzərə çatdırdı.

Könüllülük fəaliyyətində iştirak edən gənclər onlara yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Yasamal rayon Könüllülər qrupunda 2 ay müddətində fəaliyyət göstərən gənclərin hər birinə xüsusi sertifikatlar təqdim edildi.

Keçidlər