Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 4 ünvanda kənd təsərrüfatı yarmarkaları əhalinin istifadəsindədir

20 aprel 2019 | 11:00

Yasamal rayonunda 4 ünvanda – Yeni Yasamal – 2, 8 nömrəli evin arxasında istirahət parkı ilə üz, Dadaş Bünyadzadə küçəsi, 7 nömrəli binanın yanında, Şərifzadə və N.Hikmət küçələrinin kəsişməsində və İnşaatçılar metrosunun yanında kənd təsərrüfatı yarmarkaları əhalinin istifadəsindədir. Müxtəlif bölgələrindən olan fermerlər, ailə təsərrüfatları əhaliyə mövsümi və xüsusi vasitələrlə saxlanılmış kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Müvafiq qurumlar tərəfindən məhsulların keyfiyyətinə və qiymətlərinə nəzarət olunur. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkaya gətirir və münasib qiymətlərlə alıcılara təklif edirlər.

Yasamal rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov yarmarkanın fəaliyyəti ilə yaradılan şəraitlə tanış olub, satışa çıxarılan məhsulla maraqlanıb. Qeyd edib ki, dövlətimizin başçısının tapşırığı əsasında təşkil edilən bu yarmarkalar kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə sata bilmələri, əhalinin isə ucuz qiymətə bu məhsulları alması üçün təşkil olunub. Yarmarkalarda qiymət bazarlardakından xeyli aşağıdır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır.

Hər həftənin şənbə və bazar günləri yarmarkalar davam edəcək.

Keçidlər