Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyasının 20 illik yubileyi qeyd olundu

13 aprel 2019 | 11:00

Aprelin 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyasının 20 illik yubileyinə həsr olunmuş XI elmi-praktik konfrans keçirildi. Konfransda ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, müəllim və tələbələri iştirak etdilər.

Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Bakı Avropa Liseyinin fəaliyyətini yüksək qiymətləndirib. Rektor bildirdi ki, lisey Azərbaycan təhsil sisteminin keyfiyyətcə yeni mərhələyə keçməsinə xidmət göstərir.

Bakı Avropa Liseyinin direktoru, təhsil üzrə beynəlxalq ekspert, psixologiya elmləri üzrə fəlsəfə doktoru Zülfiyyə Veysova rəhbərlik etdiyi liseyin fəaliyyət istiqamətləri barədə məlumat verdi. O bildirdi ki, Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyası 2000-ci ildə yaradılıb. Kiçik Elmlər Akademiyasının məqsədi şagirdlərdə elmə maraq yaratmaq, müvafiq elmi-tədqiqat bacarıqlarını aşılamaq, elmdə öz bacarıqlarını yoxlamaq və özünəinam, qabiliyyətlərini gerçəkləşdirmək imkanı yaratmaqdır. Akademiyanın tədqiqatları müxtəlif elm sahələrini - fizika, kimya, biologiya, riyaziyyat, informasiya texnologiyaları, tibb, ekologiya, tarix, coğrafiya, iqtisadiyyat, politologiya, filologiya, dilçilik, psixologiya, sosiologiya, kulturologiya, incəsənət və memarlıq sahələrini əhatə edir.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov, Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə konfransın əhəmiyyətini və ölkəmizdə təhsilin inkişafından danışdılar.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin önəmli amil kimi dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri olduğunu, qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, təhsil sisteminin yüksək səviyyəyə qaldırılması, təhsilin modernləşdirmə, müasirləşdirmə mərhələsinə mütərəqqi layihələrlə can atan dövlətimizin başlıca hədəflərindən olduğunu vurğuladı. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiqlənməsi barədə 2013-cü il 24 oktyabr tarixli Sərəncamı böyük əhəmiyyətə malikdir. Bakı Avropa Liseyi öz nailiyyətləri, uğurları ilə həmişə respublikanın öndə gedən tədris müəssisələrindən olub. Bundan sonrada şagird və müəllim kollektivinə böyük nailiyyətlər arzuladı.

Sonda Yasamal rayonunun ictimai həyatında fəal iştirak etdiklərinə, gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətlərinə, təhsilin inkişafında göstərdikləri yüksək nəticələrə görə Bakı Avropa liseyinin kollektivi Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olundu.

Keçidlər