Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda konfrans keçirildi

11 aprel 2019 | 11:00

11 aprel 2019-cu il tarixdə Yasamal rayon Heydər Əliyev Mərkəzində Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda orta məktəb şagirdləri arasında keçirilmiş referat müsabiqəsinin yekunlarına həsr olunmuş konfrans keçirildi. Konfransda Bakı şəhər İcra Hakimiyyəti Aparatı İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmir İmanov, şöbənin baş məsləhətçisi Fərhad Əsgərov, Yasamal rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, Yasamal rayon məktəblərinin müəllim və şagirdləri, valideynlər iştirak edirdi.

Konfransı giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Z.Cəfərov qonaqları rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizovun adından salamladı, müsabiqənin keçirilməsində məqsədin şagirdlərin tariximizə, mədəniyyətimizə, tarixi şəxsiyyətlərimizə diqqət və marağı artırmaqla yanaşı, onların elmi araşdırmaya, tədqiqat işinə həvəsləndirmək, həmçinin Ulu Öndər Heydər Əliyevin siyasi irsinin ğyrənilməsi və təbliği olduğunu qeyd etdi.

Konfransda çıxış edən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmir İmanov müsabiqənin Bakı şəhərinin bütün rayonlarını əhatə etdiyini vurğulayaraq qeyd etdi ki, tarixi mövzulara həsr olunmuş müsabiqələrin keçirilməsi şagirdlərin gələcəkdə hansı peşəni seçməsindən asılı olmayaraq Azərbaycan tarixini daha yaxşı öyrənməyə sövq edir.

Sonra 53 saylı tam orta məktəbin 9c sinif şagirdi Həsənova Ülviyyə Ülvi qızı “İntibah mədəniyyəti”, A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin 10b sinif şagirdi Bəylərova Fidan Qurban qızı “İntibah mədəniyyəti”, N.Tusi adına 173 saylı tam orta məktəbin 8a sinif şagirdi İbrahimova Ceyran Telman qızı “Şəki xanlığı”, Zərifə Əliyeva adına liseyin 10a2 sinif şagirdi İsmayılzadə Fidan Rövşən qızı “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində fəaliyyəti”, BDU-nun nəzdində Gənc istedadlar liseyinin 9c sinif şagirdi İbişov Barış Anar oğlu “Şəki xanlığı”, Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbin 9b sinif şagirdi Quliyev Yunis Nazir oğlu “İlham Əliyev-Müasir Azərbaycan” mövzularında referatlarını təqdim etdilər.

Zərifə Əliyeva adına liseyin tarix müəllimi Pərviz Ağalarov referat müsabiqəsinin təşkilinə görə Bakı şəhər İcra Hakimiyyətinə və Yasamal rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirərək bu müsabiqənin yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirdi.

Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmir İmanov konfrans iştirakçılarına referat müsabiqəsinin 2-ci turu haqqında məlumat verdi.

Konfransı Yasamal rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov yekunlaşdıraraq referat müsabiqəsinin Yasamal rayon təhsil müəssisələrində oxuyan şagirdlərin təhsil prosesinə öz tohvələrini verəcəyinə əmin olduğunu bildirdi.

Keçidlər