Şriftin ölçüsü :

Saytın rəngi :

Birinciliyi Yasamal məktəbliləri əldə etdilər

17 noyabr 2018 | 11:00

Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 16 noyabr tarixində Gəncə şəhərində keçirilən bilik yarışmasında respublikamızın 9 rayonundan olan məktəblilər öz bilik və bacarığını nümayiş etdiriblər. Yasamal rayonunun məktəbliləri daha yaxşı intellekt nümayiş etdirərək bütün mərhələlərdə qalib gələrək 1-ci  yerin sahibi oldular. 2-ci yerə Astara, 3-cü yerə isə Lerik məktəbliləri layiq görüldülər. İştirakçılar  kubok, medallarla və sertifikatlarla paytaxtımıza geri qayıdırlar.

Keçidlər